AZ

Güclü zəlzələ iki qardaş ölkəni eyni anda SİLKƏLƏDİ

Martın 28-də Astana vaxtı ilə saat 03:42-də Qazaxıstan və Qırğızıstanda zəlzələ qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Qazaxıstan ərazisində, Almatı şəhərinin cənub-qərbindən 323 km aralıda yerləşir.

Almatı, Taraz və Şuda təxmini intensivlik iki bal olub. Cambıl rayonunun kəndlərində: Merke – beş bal, Kulan kəndində – dörd bal.

Qırğızıstanın seysmoloji saytı xəbər verir ki, Bişkekdə zəlzələnin gücü 5,5 bal olub. Yeraltı təkanlar bir neçə saniyə davam edib və xüsusilə çoxmərtəbəli binalarda divarların və mebellərin zəif silkələnməsi hiss olunub.

Seçilən
64
28
publika.az

10Mənbələr