Qazaxıstanın mərkəzi hissəsində 5.2 maqnitudada zəlzələ qeydə alınıb.Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri 15,9 min nəfərin yaşadığı Merke kəndindən 23 km cənub-qərbdə, zəlzələ ocağı 8 km dərinlikdə yerləşib.İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.