İslandiyada 5,2 maqnituda gücündə zəlzələ qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 118 min insanın yaşadığı Reykyavikdən 26 km cənub-qərbdə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.