Goranboyda ailə münaqişəsi qanla bitib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Balakürd kəndində baş verib.
2008-ci il təvəllüdlü G.C. bədənin kəsilmiş-deşilmiş yarası xəsarəti alıb. Ona ailə münaqişəsi zaman bıçaq zərbəsi vurmaqda atası, Balakürd kənd sakini 1979-cu il təvəllüdlü Rafiq Cəfərov şübhəli bilinir. Yeniyetməyə ilkin tibbi yardım göstərilib, vəziyyəti stabildir.
Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu