AZ

Vətəndaşdan ETİRAZ: "RR Construction" şirkəti DƏRƏBƏYLİK edir, evimizi blokadaya alıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Paytaxtın Yasamal rayonunun "Kubinka" kimi tanınan ərazisində aparılan söküntü işləri ilə bağlı bir vətəndaş şikayət edib.
Oxu.Az xəbər verir ki, bu barədə sakin şikayət videosu yayımlayıb.
O qeyd edib ki, "RR Construction" şirkəti vətəndaşların hərəkət etməsinin qarşısını almaq üçün evlərini blokadaya alıb:
"Hər yeri söküblər, yollarımızı bağlayaraq məhdudlaşdırıblar. Söküntü işləri Fuad İbrahimbəyov küçəsi 27 ünvanında aparılır. Bunu ona görə edirlər ki, insanlar buradan çıxa bilməsinlər. Artıq dərəbəyliyə başlayıblar".
Qeyd edək ki, videogörüntüdə vətəndaşlar üçün həyati təhlükənin olduğu da müşahidə edilir.
Məsələ ilə bağlı şirkətin vəkili ilə əlaqə saxlasaq da, cavab ala bilmədik:
"İş günü deyil, 1-ci gün açıqlama verərəm".
Məhərrəm Əliyev
Seçilən
103
50
oxu.az

10Mənbələr