AZ

Saç əkimində yeni mərhələ: Yanıq izləri olan pasiyent üçün uğurlu əməliyyat

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Doktor Vaqif Abdullayev ağır termik yanıq nəticəsində zədələnmiş baş dərisində uğurlu saç əkimi əməliyyatı həyata keçirib. Üçüncü və dördüncü dərəcəli yanıq izləri səbəbindən, çətin olsa da, mütəxəssis xüsusi texnika və müasir tibbi texnologiyalardan istifadə edərək, pasiyentin baş dərisində yeni saç çıxmasını təmin edib. Bu innovativ prosedur yanıq və çapıq problemi yaşayan insanlar üçün ümidverici bir yenilik hesab edilir.
Saç əkimi mütəxəssisi doktor Vaqif Abdullayev bildirir ki, adi saç əkimi ilə müqayisədə yanıqsonrası çapıq toxumasına saç əkimi daha çətindir:
"Bildiyiniz kimi, çapıq toxumasında qan dövranı daha zəif olur. Bu səbəbdən yanıq izləri olan nahiyələrə saç əkimi xüsusi yanaşma tələb edir. Bizim pasiyentdə dördüncü dərəcə yanıqdan sonra yaranan çapıq toxumasını xüsusi texnika ilə aradan qaldırdıq və baş dərisindəki estetik defekti müvəffəqiyyətlə bərpa etdik".
Qeyd edək ki, əməliyyat FUE üsulu ilə yerli anesteziya altında (narkozsuz) icra olunur və təxminən beş-altı saat davam edir. İlk üç gün sarğı tətbiq olunur, 10 gün ərzində isə saç əkiminin izləri tam yox olur. Əkilən saçda ilk üç ay ərzində şok (stres) tökülmə olur, üçüncü aydan etibarən yenidən çıxmağa başlayır və tam nəticə orta hesabla səkkiz ay sonra əldə edilir. Saç hər ay uzanmağa davam edir və təbii görünüş alır.
Bu unikal əməliyyat "National Prime Hospital" klinikasında (Nərimanov ərazisi) həyata keçirilib.
Ətraflı məlumat və əlaqə üçün:
(+994 55) 898-50-20
esthed.az
Seçilən
113
50
oxu.az

10Mənbələr