AZ

Dəməşqdə kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil edilib - FOTO - VIDEO

Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı Səfirliyinin təşəbbüsü, Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi və Suriyanın "Qadın Xeyriyyə Cəmiyyəti"nin təşkilatçılığı ilə, cari ilin 25-27 mart tarixlərində Dəməşq şəhərində (2 dəfə) və Dəməşqin böyük dağıntılara məruz qalmış Spena qəsəbəsində 1000 (400+350+250) kimsəsiz uşaq üçün iftar süfrələri təşkil edilib.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, Suriya Xəbər Agentliyi (Sana), "Vətən" qəzeti və Suriya televiziyasının, eləcə də qardaş Türkiyənin TRT və "Anadolu" Agentliyinin nümayəndələrinin iştirakı ilə keçirilmiş bu xeyriyyə aksiyası zamanı çıxış edərkən "Qadın Xeyriyyə Cəmiyyəti"nin idarə heyətinin sədri xanım Maha Diyab, eləcə də kimsəsiz uşaq Hibə Ramazan müqəddəs Ramazan ayında bu nəcib təşəbbüsə görə Azərbaycan dövlətinə təşəkkür ediblər.

Üç gün ərzində keçirilən iftar süfrələrində kimsəsiz uşaqlar üçün müxtəlif əyləncə proqramları təşkil edilib, onlara unudulmaz anlar və əsl bayram ovqatı yaşadılıb.

  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
  • Dəməşqdə
Seçilən
57
20
day.az

10Mənbələr