AZ

Ramazan ayının 29-cu gününün duası: İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 29-cu günüdür.

Bizim.Media xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir.

İmsak duası:

“Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin”.

Tərcüməsi:

“İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Qeyd edək ki, martın 30-da isə fitr (Ramazan) bayramı qeyd olunacaq.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramıdır.

Bayramdan bir gün öncə hər evdən Ramazanın vacib əməllərindən olan fitrə zəkatı çıxarılmalıdır.

Bizim.Media

Seçilən
62
41
bizim.media

10Mənbələr