Bakı. Trend:
Sabah Ramazan ayının iyirmi doqquzuncugünüdür.
Trend-in məlumatına görə, Qafqaz Müsəlmanlarıİdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 29-da imsakvaxtı saat 05:02-də, iftar vaxtı isə 19:17-dədir.
Martın 29-u üçün namaz vaxtları:
Sübh azanı | 05:07 |
Zöhr azanı | 12:45 |
Əsr azanı | 17:12 |
Məğrib azanı | 19:17 |
İşa azanı | 20:19 |
İyirmi doqquzuncu günün imsak vaxtı üçün duanı təqdimedirik:
"Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqəvəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimənbi-ibadihil-mu-minin!"
Tərcüməsi:
"İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənəqüvvət və ismət nəsib et! Ürəyimi töhmət qaranlığından təmizlə! Eymömin bəndələrinə rəhmli olan Allah!"
İftar duası:
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykətəvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirətiiğfirli!"
Tərcüməsi:
"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftaraçdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adıilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"
Allah orucunuzu qəbul eləsin!