AZ

Həbsdən çıxıb, viski oğurladı və yenidən tutuldu

Bakıda həbsdən çıxmış şəxs viski oğurladığı üçün yenidən saxlanılıb.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, 1986-cı ildə Bakı şəhərində anadan olmuş F.G. Novruz bayramı günü içmək üçün Nəsimi rayonunda yerləşən "Neptun" marketindən 1 ədədinin dəyəri 246.53 manat təşkil edən "Singleton-18" markalı viskini oğurlayıb.

F.G. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, bir neçə gün əvvəl həbsdən çıxmış F.G. "Neptun" marketindən ikinci dəfə viskini oğurlamağa cəhd edərkən mağaza işçiləri tərəfindən saxlanılıb.

Birinci dəfə oğurladığı viskini özü istifadə edib. İkinci dəfə oğurluq edərkən market əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilib.

Məhkəmənin qərarı ilə F.G. 24 gün müddətinə inzibati həbs edilib.

Seçilən
61
12
axar.az

10Mənbələr