AZ

“Biz buna qəzəbləndik, normal qərar deyil”

“Barselona”nın müdafiəçisi Jül Kunde “Osasuna” ilə oyunun (3:0) tarixindən narazılığını bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandaya istirahətin gərək olduğunu söyləyib:

“Matçın tarixinə görə qəzəbləndik. Bu, normal qərar deyil. Artıq problemli təqvim haqqında dəfələrlə danışmışıq.

Oyunun belə bir tarixdə keçirilməsi klubumuza hörmətsizlikdir. Biz hər zaman oynamaq üçün robot deyilik. Bizə istirahət lazımdır!”

“Barselona” İspaniya çempionatında növbəti oyununu “Jirona”ya qarşı keçirəcək. Görüş martın 30-da baş tutacaq. Komanda La Liqanın 28 turundan sonra 63 xalla turnir cədvəlinə başçılıq edir.

Seçilən
42
2
sportinfo.az

10Mənbələr