AZ

“Mançester Yunayted” 40 milyon avronu kimə xərcləmək istəyir?

“Mançester Yunayted” Leverkuzen “Bayer”inin müdafiəçisi Ceremi Frimponqu transfer etməyə ümid edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı oyunçu həmçinin, “Liverpul”un transfer hədəflərindən biri hesab olunur.

Çünki onlar “Real”a gedəcək Trent Aleksander-Arnoldun yerinə oyunçu axtarırlar.

“Qırmızı şeytanlar” son həftələrdə 24 yaşlı futbolçunun ətrafı ilə danışıqlar aparır. Potensial müqavilənin dəyəri təxminən 40 milyon avrodur.

Frimponq bu mövsüm Xabi Alonsonun komandasında 40 oyunda 4 qol vurub və 11 məhsuldar ötürmə edib.

Seçilən
54
1
sportinfo.az

10Mənbələr