AZ

“Qarabağ” Tovuzda “Turan”a “toy tutdu” - VİDEO

Azərbaycan Premyer Liqasında XXVIII tura start verilib.

Sportinfo.az xəbər verir ki, birinci oyun günündə bir qarşılaşma keçirilib.

“Qarabağ” səfərdə “Turan Tovuz”un qonağı olub. Qarşılaşma qonaqların 4:1 qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Kadi Borqes (16 p, 84), Nəriman Axundzadə (32) və Aleksey Kaşuk (90+1) fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu isə Aleks Souza (30) vurub.

“Köhlən atlar” 28 turdan sonra 67 xalla liderdir. Tovuz klubu 43 xalla dördüncü pillədə qərarlaşıb.

"Turan Tovuz" – "Qarabağ" 1:4

Qollar: Aleks Souza, 30 - Kadi Borges, 16 (p), 84, Nəriman Axundzadə, 32, Aleksey Kaşuk, 90+1

Seçilən
31
46
sportinfo.az

10Mənbələr