AZ

Tramp: İran Vaşinqtonla razılığa gəlməsə, çox pis nəticələrlə üzləşəcək




“Əgər ölkənin hakimiyyət orqanları Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlməsə, İranın başına pis şey gələ bilər”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ağ Ev sahibi İran rəsmilərinə göndərdiyi məktubdan bəhs edərək İranın qərar qəbul etməli olduğunu vurğulayıb:

“Bildiyiniz kimi, mən bu yaxınlarda onlara məktub göndərdim ki, siz bu və ya digər şəkildə qərar qəbul etməli olacaqsınız. Yaxud da biz bunu müzakirə edərək həll etməliyik, əks halda İranın başına çox pis bir şey gələcək. Bunun baş verməsini istəmirəm. Mən bunu gücdən və ya zəiflikdən demirəm, üstünlüyümüz odur ki, biz İranla bu işi həll etməyə çalışırıq. Amma bu baş verməsə, İran çox pis nəticələrlə üzləşəcək".

Bizim.Media

Seçilən
105
50
bizim.media

10Mənbələr