AZ

İran ABŞ-a sərt cavab verməyə hazır olduğunu bildirib

İranın ali dini lideri Əli Xamneyi ABŞ-ın ölkəyə kənardan hücum edə biləcəyinə inanmadığını, lakin lazım gələrsə, sərt cavab verməyə hazır olduqlarını bildirib.

Editor.az xəbər verir ki, o, bu barədə IRIB telekanalında bildirib.

“Onlar bizi hədələyirlər, lakin biz onların nəsə pislik edəcəklərini düşünmürük. Bu, çox az ehtimaldır. Amma belə etsələr də, bizim cavabımız sərt olacaq”, – o deyib.

Xamneyinin sözlərinə görə, əgər ölkə daxilində üsyan təşkil etmək cəhdi olarsa, İran xalqı öz cavabını verəcək.

Tehran Times həmçinin İranın ABŞ-ın mümkün hərəkətlərinə cavab verməyə hazır olduğunu yazıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp martın 28-də deyib ki, əgər İran rəsmiləri Vaşinqtonla ölkənin nüvə proqramı ilə bağlı razılığa gəlməsələr, İran üçün pis nəticələri ola bilər. Ağ Evin prezidenti İran hakimiyyətinə göndərilən məktubu xatırladıb. Bildirilib ki, Vaşinqton və Tehran ya danışıb məsələləri müzakirə edəcək, ya da bunun nəticələrini İran görəcək.

//Gülnarə Abasova, Editor.az

Seçilən
45
50
editor.az

10Mənbələr