“Mən məktubda bildirdim ki, siz qərar verməlisiniz: Ya danışıqlar yolu ilə məsələni həll etməliyik, ya da İranın başına çox pis şeylər gələcək və mən bunun olmasını istəmirəm”.
Herbiand.az xəbər verir ki, bu sözləri jurnalistlərlə söhbətində ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbəri Seyid Əli Xameneiyə yazdığı məktubun məzmunu barədə danışanda bildirib.
Prezodent İran İslam Respublikası ilə bağlı məsələnin onun siyahısında birinci yerdə olduğunu vurğulayıb.
“Ən böyük üstünlük verdiyim odur ki, bunu İranla həll edək. Amma bu baş verməsə, İran çox pis nəticələrlə üzləşəcək".