"Neftçi" bu gün Misli Premyer Liqasında "Araz-Naxçıvan"la üz-üzə gələcək. Manset.az xəbər verir ki, XXVIII turun oyunu saat 16:45-də start götürəcək. "Neftçi Arena"dakı qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək. "Ağ-qaralar" 27 turdan sonra 31 xalla altıncı, qonaqlar 47 xalla üçüncü pillədə qərarlaşıb. Günün ikinci matçında "Sumqayıt" "Sabah"ı qəbul edəcək. Saat 19:00-da başlayacaq görüşün baş hakimi Tural Qurbanov olacaq. "Gənclik şəhəri" təmsilçisi 28 xalla yeddinci, Bakı klubu 35 xalla beşinci sıradadır. Misli Premyer Liqası, IV dövrə XXVIII tur
16:45. “Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Rəşad Əhmədov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Neftçi Arena”
19:00. “Sumqayıt” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev
VAR: Rauf Cabarov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib.