"Zirə"nin müdafiəçisi Anje Mutsinzi Ruanda millisinin heyətində DÇ-2026-nın seçmə mərhələsinin Nigeriya (0:2) və Lesoto (1:1) ilə matçlarda iştirakını qısaca şərh edib.
Sportinfo.az xəbər verir ki, hər iki görüşdə oynamış Mutsinzi yazıb:
"Tanrının planı həmişə bizim arzularımızdan yaxşıdır".
Mutsinzi “Qalatasaray”ın nigeriyalı hücumçusu Viktor Osimhenlə oyundan sonra klub formalarını dəyişdikləri görüşdən fotosunu da paylaşıb.