AZ

"Starlink" qlobal peyk rabitə sisteminin xidmətləri Azərbaycanda istifadəyə verilib

İlon Maskın "Starlink" qlobal peyk rabitə sisteminin xidmətləri Azərbaycanda istifadəyə verilib.

Amerikalı sahibkar İlon Maskın "Starlink" qlobal peyk rabitə sisteminin xidmətləri Azərbaycanda istifadəyə verilib.

Operativ Media  xəbər verir ki,"Starlink"in regionda buraxılması planları hələ 2022-ci ildə elan edilmişdi.

Qeyd edək ki, "Starlink" İlon Maskın "SpaceX" şirkəti tərəfindən hazırlanmış qlobal peyk şəbəkəsidir. Layihə dünyanın istənilən nöqtəsini yüksəksürətli genişzolaqlı internetlə təmin etmək məqsədi daşıyır.

Peyk buraxılışları "SpaceX" raketləri ilə həyata keçirilir.

"Starlink" hazırda ABŞ, Kanada, Avstraliya, Avropanın əksər hissəsi, Latın Amerikası və Afrikanın bir sıra ölkələrində xidmət göstərir.

Seçilən
53
1
operativmedia.az

10Mənbələr