DİN: Ötən gün itkin düşmüş kimi axtarışda olan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Martın 28-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Operativ Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.