AZ

“Beşiktaş”la “Qalatasaray” üz-üzə gələcək

Futbol üzrə Türkiyə Superliqasının 29-cu turunun mərkəzi oyununda bu gün “Beşiktaş”la lider “Qalatasaray” görüşəcək.   Manset.az xəbər verir ki, İstanbul derbisinin baş hakimi Yasin Kol olacaq. Superliqada “Beşiktaş” 44 xalla 4-cü pillədədir. Keçirdiyi 27 matçdan 22-də qalib gələn, 5-də isə heç-heçə edən “Qalatasaray” isə 71 xalla vahid liderdir. Mövsümün ilk dövrəsində “Qalatasaray” “Beşiktaş”ı 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, derbi Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Seçilən
151
5
manset.az

10Mənbələr