AZ

Cəlilabadda bələdiyyə sədri vəfat etdi - FOTO

Cəlilabad rayonunun Günəşli kənd bələdiyyəsinin sədri Vaqif Talıbov vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə teleqraf.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, o, orqanizmində yenicə aşkarlanmış xərçəng xəstəliyi səbəbindən ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, V.Talıbov bu ilin yanvarın 29-u keçirilən seçkilərdə bələdiyyə sədri seçilmişdi. O, daha əvvəllər kənd məntəqə seçki komissiyasının sədri vəzifəsində çalışıb.

Əməkdaşımızın əldə etdiyi məlumata görə, ötən il Günəşli bələdiyyəsinin sədri Fəxrəddin Cəfərov da uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat etdiyi üçün bələdiyyə sədri vəzifəsi boş qalmışdı. 

bu-il-belediyye-sedri-secilmisdi-vefat-etdi

Seçilən
126
8
redaktor.az

10Mənbələr