AZ

Bayram günləri hava necə olacaq?


Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, martın 30-31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı gözlənilir.
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10, gündüz 16-21 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında martın 30-31-də havanın əsasən yağmursuz keçəcəyi, lakin 30-u gündüz əsasən dağlıq ərazilərdə, 31-i isə bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Seçilən
115
49
yeniavaz.com

10Mənbələr