Bakı. Trend:
Britaniyalı alimlər səkkiz metr uzunluğunda sirli quruluşlaramalik "Prototaxites"in müasir analoqu olmayan, qədim və naməlum bircanlı qrupuna aid ola biləcəyini irəli sürüblər.
Trend xəbərverir ki, bu barədə elm adamlarının tədqiqatları xarici KİV-lərdədərc olunub.
Məlumata görə, Bu kəşf əvvəlki nəzəriyyələri şübhə altına alır.Əvvəllər bu orqanizmlərin qədim ağaclar, nəhəng göbələklər və yayosunlar olduğu düşünülürdü. "Prototaxites"in qalıqları ilk dəfəXIX əsrdə Kanadada tapılıb və onun təbiəti ilə bağlı alimlər uzunmüddət fikir ayrılığı yaşayıblar.
Son araşdırma göstərib ki, o, nə bitki, nə göbələk, nə yosun, nədə heyvandır - onun hüceyrə quruluşu və kimyəvi tərkibi bütüntanınmış canlılardan fərqlənir.
Alimlər hesab edirlər ki, bu varlıq çoxdan məhv olmuş, tamamiləfərqli bir həyat formasına aid olub.
Onun nəyə görə yoxa çıxması isə hələ də sirr olaraq qalır.Gələcək araşdırmalar isə Yer üzündə həyatın keçmişi barədə yeni,sensasiyalı məlumatlar üzə çıxara bilər.