AZ

Myanmada ölənlərin sayı 1600-ü keçdi

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1600 nəfəri keçib.

Publika.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

“Dövlət İnzibati Şurasının informasiya qrupunun məlumatına görə, 1644 nəfər ölüb, 3408 nəfər yaralanıb”, - məlumatda deyilir.

Daha 139 nəfərin hələ də itkin düşdüyü qeyd edilir.

Xatırladq ki, martın 28-də Myanmada hər birinin maqnitudası 7,7 olan bir neçə güclü zəlzələ baş verib. Zəlzələlər Tailand, Çin və Vyetnamda hiss olunub.

Seçilən
140
50
publika.az

10Mənbələr