AZ

Türkiyədə fabrikdə GÜCLÜ PARTLAYIŞ - Ölən və yaralananlar var

  Türkiyənin İzmir vilayətində fabrikdə partlayış baş verib.

Referans.az Publika.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində fabrik işçilərindən biri ölüb, dördü isə yaralanıb.

Partlayış İzmirin Aliağa rayonundakı sənaye zonasında fəaliyyət göstərən tullantı yağlar və neft məhsullarının emalı fabrikində olub. Hadisədən sonra fabrikin binasında başlayan yanğın söndürülüb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.  

Seçilən
54
11
referans.az

10Mənbələr