"Real"ın yarımmüdafiəçisi Cud Bellinqhem karyerasını "Mançester Siti"də davam etdirə bilər.
90deqiqe.Az-ın “Defensa Central”a istinadən verdiyi xəbərə görə, "şəhərlilər" ingilisin xidmətində maraqlı olsalar da, futbolçu "Real"dan ayrılmaq niyyətində deyil
Bundan sonra hazırkı İngiltərə çempionları Bellinqhemin namizədliyini rədd edərək, "Bayer"in Florian Virtsə üçün danışıqlar aparmağa başlayıb.
“Mançester Siti” alman futbolçunun transferi üçün 150 milyon avro təklif etməyi planlaşdırır. Virtsin keçidi “şəhərlilər” tarixində ən bahalı transfer ola bilər.
Virtsin "Bayer" ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. Bu mövsüm 21 yaşlı futbolçu 39 oyun keçirib, 15 qol vurub və komanda yoldaşlarına 13 məhsuldar ötürmə edib.