İsrail Ordusu son saatlarda Qəzza zolağının cənubundakı təhlükəsizlik zonasını genişləndirmək üçün Rəfahın Əl-Cenina bölgəsində quru əməliyyatına başlayıb.
Aznews.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin teleqram kanalında məlumat verilib.
Bildirilib ki, əməliyyat zamanı qüvvələr HƏMAS təşkilatının infrastrukturunu məhv edib. Eyni zamanda, İMQ və Qəzza zolağının hər yerində HƏMAS hədəflərinə hava zərbələri endirməkdə davam edir.