AZ

Təzyiq əvəzinə iqtisadi əməkdaşlıq yanaşması Rusiyanın Qərblə əməkdaşlığına təkan verə bilər

Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra Moskva Vaşinqtonla münasibətlərinə yenidən baxa bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "National İnterest" yazır.

Məqalədə qeyd olunub ki, Ukraynada hərbi əməliyyatların dayandırılması ehtimalı Rusiya-ABŞ münasibətlərinə yenidən baxılması üçün yeni imkanlar açır: "Təzyiq əvəzinə iqtisadi əməkdaşlıq yanaşması Rusiyanın Qərblə əməkdaşlığına təkan verə bilər. Görünür, Prezident Donald Tramp ABŞ strategiyasına düzəliş etməyə hazırdır. Ola bilsin ki, o, Moskva ilə iqtisadi tərəfdaşlığı nəzərdən keçirsin. Bu, ABŞ üçün faydalı olacaq və Avropanı daha sülhsevər qitəyə çevirəcək", - məqalə müəllifi fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, martın 26-da ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox News" telekanalına müsahibəsində ölkəsinin müharibənin başa çatması kontekstində Rusiyanın SWIFT beynəlxalq bank sisteminə qayıtmasını nəzərdən keçirməyə hazır olduğunu bildirmişdi.

Seçilən
18
4
ikisahil.az

10Mənbələr