Rusiyanın Arxangelsk vilayəti administrasiyasının sədr müavini Anatoli Ananyev hokkey oyunu zamanı buz üstünə yıxılaraq həyatını itirib.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə vilayət hökumətinin mətbuat xidməti bildirib.
Hadisə hökumət komandası ilə "T-54" komandası arasında keçirilən oyunda yaşanıb.
Faciə anı oyunun canlı yayımı zamanı videoya düşüb.