AZ

Bayram günlərində TƏBİB-ə daxil olan müraciətlərin SAYI AÇIQLANDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



20-31 mart tarixlərində təcili tibbi yardım xidmətinə 52 mindən çox müraciət daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, bayramlarla əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20.03.2025 - 31.03.2025-ci il tarixlərində 24 523 çağırış daxil olub. Bu çağırışlardan 2 268 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
59 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 27 981 çağırış daxil olub. 2 695 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
Bakı şəhəri üzrə ən çox müraciət 31.03.2025-ci il tarixində qeydə alınıb.
Belə ki, müraciət sayı 2 274, hospitalizasiya olunanların sayı 217 nəfər təşkil edib.
Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.
Seçilən
110
50
oxu.az

10Mənbələr