AZ

Mənzurə evli kişiyə aşiq olduğunu ETİRAF ETDİ - VİDEO

Müğənni Mənzurə Musayeva şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib.

Bizim.Media xəbər verir ki, o, “Bir gün” verilişində evli kişiyə aşiq olduğunu açıqlayıb:

“Sevgi azaddır. Mən həyatımda 3 dəfə sevmişəm. Biri ailə quranda sevmişəm, sonra da sevdim alınmadı. Sevməyi başa düşmədim. Fırıldaq insanlar çoxdur, mən də heç vaxt aldanmaq istəməmişəm. Kimisə sevmək istəmişəm. Uyğun gəlmədiyini görəndı geri çəkilmişəm.

Heç vaxt özümdən yaşca kiçik bəyə aşiq olmaram. Məni çox sevirlər, təkliflər olur, deyirəm ki, bu, mənasızdır, niyə baş qoşum? Evli bəyə aşiq olmuşam, səhv etmişəm. Üstündən “X” çəkmişəm. Heç vaxt heç kim mənim kitabımı bağlamayıb. Ailə qurub özüm ayrılmışam”.

Sara, Bizim.Media

Seçilən
9
5
bizim.media

6Mənbələr