AZ

"Barselona" üç xal qazandı

İspaniya La Liqasının 29-cu turunda növbəti oyun keçirilib.

Adalet.az xəbər verir ki, çempionluq mübarizəsi aparan "Barselona" doğma meydanda "Jirona" ilə qarşılaşıb. Görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Kataloniya təmsilçisinin qollarını Robert Levandovski (2 qol), Ferran Torres vurublar. Qonaqların heyətində Ladislav Kreyçi avtoqol müəllifi olub.

Bu nəticədən sonra xallarını 66-ya çatdıran "Barselona" turnir cədvəlinə başçılıq edir. "Jirona" isə 34 xalla 11-ci pillədə qərarlaşıb.

Seçilən
26
4
adalet.az

10Mənbələr