1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sinxua Universitetinin alimləri elmi fantastika sevgisi ilə qlobal birlik hissi arasında əlaqə aşkar ediblər. Bu janr güclü emosional təcrübə vasitəsilə insanları birləşdirməyə qadirdir.
Oxu.Az xəbər verir ki, tədqiqat "Communication Research" (CommRes) elmi jurnalında dərc olunub.
2500-dən çox insanın iştirak etdiyi bir sıra eksperimentlər zamanı mütəxəssislər elmi fantastikanın özünəməxsus emosional reaksiya doğurduğunu aşkar ediblər. Digər janrlardan fərqli olaraq, o ilk növbədə heyranlıq hissi oyadır.
"Elmi fantastika kosmik çağırışlar və ya texnoloji inqilablar qarşısında bizi vahid bir bütöv olaraq göstərir, bəşəriyyətə kənardan baxış təqdim edir", - tədqiqatın müəllifləri izah ediblər.
Onların sözlərinə görə, məhz bu amil qlobal özünüdərk prosesini formalaşdırmağa kömək edir.