AZ

Ağızdan gələn xoşagəlməz qoxunun gözlənilməz səbəbi açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ağızdan gələn xoşagəlməz qoxu problemi (halitoz) çoxlarını narahat edir və əksər hallarda bunun səbəbi diş, diş əti və ya həzm orqanlarının xəstəlikləri ilə əlaqələndirilir. Lakin daha az aşkarda olan başqa bir səbəb də var - burun çəpərinin əyilməsi. Bu anatomik qüsur burun boşluğunun, tənəffüs yollarının və burun-udlaq boşluğunun vəziyyətinə təsir göstərərək, nəticədə, ağızdan gələn pis qoxuya səbəb ola bilər.
Oxu.Az xəbər verir ki, bunu Gazeta.ru-ya rusiyalı plastik cərrah, qulaq-burun-boğaz həkimi, art-lor-rinoplastika metodikasının müəllifi İlyana Qonçarova izah edib.
Statistikaya görə, burun çəpəri əyriliyi müxtəlif dərəcələrdə insanların 80%-dən çoxunda müşahidə olunur. Yüngül hallarda bu, heç bir narahatlıq yaratmır, lakin əhəmiyyətli deformasiyalar həyat keyfiyyətini xeyli pisləşdirə, o cümlədən ağızdan pis qoxunun yaranmasına səbəb ola bilər.
"Ağızdan gələn pis qoxu orqanizmdə ciddi pozuntuların nəticəsi ola bilər və burun çəpəri əyriliyi də belə səbəblərdən biridir. Bu anatomik qüsur tez-tez burun və burun-udlaq boşluğunun xroniki xəstəliklərinə səbəb olur ki, bu da bakteriyaların çoxalması və onların toplanması üçün əlverişli mühit yaradır", - ekspert qeyd edib.
Seçilən
57
5
oxu.az

6Mənbələr