1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Stanford Universitetindən olan ABŞ alimləri Antarktida ətrafındakı suların iqlim modellərinin proqnozlarına zidd olaraq niyə soyuduğunu izah edən mexanizmi aşkar ediblər. Məlum olub ki, mövcud hesablamalarda kifayət qədər nəzərə alınmayan ərimə suyu və yağıntılar əsas rol oynayır.
Oxu.Az xəbər verir ki, tədqiqat "Geophysical Research Letters" (GRL) elmi jurnalında dərc edilib.
Son 40 il ərzində Cənub okeanı davamlı soyuma tendensiyası nümayiş etdirib, halbuki qlobal iqlim modelləri onun istiləşməsini proqnozlaşdırır.
Yeni tədqiqat göstərib ki, bu uyğunsuzluq buzların sürətli əriməsi və yağıntıların artması nəticəsində yaranan "şirin su qapağı" ilə əlaqədardır.
"Okeanın üst qatı daha az duzlu və sıx olur, bu da onun daha isti dərin sularla qarışmasına mane olur", - tədqiqatda bildirilir.