AZ

Xamenei onları hədələdi: sərt cavab alacaqlar

ABŞ xaricdən İrana hücum edə bilməyəcək, lakin ölkə daxilində üsyana səbəb olmağa çalışsalar sərt cavab alacaqlar.

Publika.az xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xamenei deyib.

"Onlar pis iş görəcəkləri ilə hədələyirlər, lakin biz hesab etmirik ki, kənardan pislik edəcəkləri də mümkün deyil. Amma bunu etsələr də, cavabımız sərt olacaq", - o qeyd edib.

Bundan əlavə, Xamenei vurğulayıb ki, İran xalqı ABŞ-ın bu cür hərəkətlərini qəbul etməyəcək və xarici çağırışa vahid cavab verəcək.

Seçilən
14
3
publika.az

8Mənbələr