1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2025-ci ilin iyun ayında tədarüklə birlikdə qızıl füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyərək, bir Troya unsiyası üçün 3 150 dollar həddini keçib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu, ticarət platforması məlumatlarında əks olunub.
Bakı vaxtı ilə saat 09:54-ə olan məlumata görə, qiymətli metalın qiyməti 1.19% artaraq 1 Troya unsiyası üçün 3 151.3 dollar təşkil edib. Bakı vaxtı ilə saat 09:59-da qızılın qiyməti bir unsiya üçün 3 149.9 dollara qədər (+1.14%) düşüb.