AZ

Qaradağda soyqırımı qurbanları anıldı - FOTOLAR

31 mart 2025-ci il tarixində Qaradağ rayonunun Sahil qəsəbəsindəki “31 mart Azərbaycanlıların soyqırımı abidə-kompleksi” önündə tədbir keçirildi.

“Unikal” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayonun hüqüq mühafizə orqanlarının rəhbərləri, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında Şura üzvləri, şəhid ailələri, qazilər, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayonun  fəal sakinləri iştirak ediblər.

Rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, hərbçilər, məktəblilər ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri soyqırım qurbanlarının əziz xatirəsini yad edərək abidə önünə gül dəstələri qoymaqla öz dərin ehtiramlarını bildiriblər.

Seçilən
17
3
unikal.az

10Mənbələr