1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Xaçmaz rayonunun dörd kəndində yanğın başlayıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, yanğın rayonun Xaspoladoba, Qalağan, Canaxır kəndlərində, həmçinin İstisu qəsəbəsində kol-kos və qamışlıq ərazilərdə başlayıb.
Ərazilərə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xaçmazla yanaşı, Quba və Şabran rayonlarının yanğından mühafizə briqadalarının texnikaları və canlı qüvvələri cəlb olunub.
Yanğın ocaqlarının söndürülməsi istiqamətində işlər davam etdirilir.