ABŞ prezidenti Donald Tramp apreldə və ya “bir az sonra” Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər etmək niyyətində olduğunu bildirib. Musavat.com xəbər verir ki, məlumatı Tramp Ağ Evdə jurnalistlərə açıqlayıb.
Ağ Ev sahibi onu da qeyd edib ki, Yaxın Şərqə səfərindən sonra “başqa yerlərə” baş çəkmək niyyətindədir, lakin hansı ölkələrə gedəcəyini dəqiqləşdirməyib: "Mənim Yaxın Şərqlə çox yaxşı münasibətim var. Bu səfər gələn ay (aprel ayında), bəlkə də bir az sonra baş tuta bilər. Biz həmçinin Qətərə və yəqin ki, bir neçə başqa ölkəyə də gedərik. Birləşmiş Ərəb Əmirlikləri də çox vacibdir. Ona görə də biz yəqin ki, BƏƏ, Qətər və Səudiyyə Ərəbistanında olacağıq. Sonra başqa yerlərə gedəcəyik".
Qeyd edək ki, martın 30-da Axios portalı mənbələrə istinadən ABŞ prezidenti Donald Trampın mayın ortalarında Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırdığına dair məlumat yayıb. Bu, Trampın ikinci müddətə prezident kürsüsündə oturduğundan bəri ilk xarici səfəri olacaq.
Musavat.com