AZ

AFFA rəhbərliyi UEFA-ya çağırıldı - Səs verəcəklər

Aprelin 3-də Serbiyanın paytaxtı Belqradda UEFA-nın 49-cu Konqresi keçiriləcək.

qol.az-ın məlumatına görə, tədbirdə quruma üzv olan 55 milli federasiyanın nümayəndələri iştirak edəcək. AFFA rəhbərliyi də bu mötəbər toplantıya qatılacaq.

Konqresdə UEFA İcraiyyə Komitəsinin 4 il müddətinə 8 nəfər üzvü (ən azı 1 nəfər qadın olmaqla), 2 il müddətinə isə 2 nəfər üzvü seçiləcək.

Namizədlər arasında keçmiş SSRİ ölkələrindən Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Şevçenko, Latviya Futbol Federasiyasından Vadim Lyaşenko, Ermənistan Futbol Federasiyasından Armen Melikbekyan da var.

Bundan başqa, tədbirdə UEFA-nın 2023/24 və 2025/26-cı illər üçün maliyyə hesabatı müzakirə olunacaq. Konqresdə UEFA komitələrində də dəyişiklik ediləcək.

Seçilən
31
4
sportinfo.az

5Mənbələr