AZ

ABŞ və Danimarka yüksək səviyyəli danışıqlar aparacaq - KİV

ABŞ və Danimarka ən yüksək diplomatik səviyyədə danışıqlar aparmaq niyyətindədir.

"Unikal" xəbər verir ki, bu  barədə "Financial Times" qəzeti öz mənbələrinə istinadən yazır.

"Danimarkanın xarici işlər naziri (Lars Lokke Rasmussen) bu həftə iki ölkə arasında ilk yüksək səviyyəli üz-üzə diplomatik danışıqlarda ABŞ dövlət katibi (Marko Rubio) ilə görüşməyə hazırlaşır", - nəşr yazır.

Məqalədə qeyd olunur ki, danışıqların aparılmasına səbəb ABŞ prezidenti Donald Trampın Qrenlandiyanın ilhaqı ilə bağlı bəyanatları olub.

Nəşrin məlumatına görə, görüş aprelin 3-də NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək konqresi çərçivəsində baş tuta bilər.

Gülayə Mecid

Seçilən
26
50
unikal.az

10Mənbələr