AZ

Nəsimi və Yasamal rayonlarında silah-sursat aşkarlanıb

Paytaxtın ayrı-ayrı rayonlarında silah-sursat aşkarlanıb.

Polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində paytaxtın Nəsimi və Yasamal rayonlarında vətəndaşlar 2 avtomat silahı, 1 tapança, 2 patron darağı və 38 ədəd patronu könüllü olaraq polisə təhvil veriblər.

Bu barədə Operativ Media-ya DİN məlumat verib.

Qaradağ rayonu ərazisində isə polis əməkdaşları tərəfindən 1 avtomat silahı tapılaraq götürülüb.

Araşdırmalar aparılır.

Seçilən
34
5
operativmedia.az

10Mənbələr