AZ

KTM: Bayram tətilində 62 nəfər zəhərlənib

Bayram günlərində (18-31 marta qədər) qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım (KTM) şöbəsinə 62 nəfər qəbul edilib.

Bu barədə KTM-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdə ürəkbulanma, qusma və mədə şikayətləri olub. Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb.

 
 

Seçilən
53
19
7news.az

10Mənbələr