Bakı. Trend:
Vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyicilərihaqqında məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) sorğusu əsasında kənd təsərrüfatı sahəsindəsubsidiyalara, güzəştli kreditlərə, kənd təsərrüfatı istehsalvasitələrinin güzəştli şərtlərlə satışına və lizinqinə nəzarətedilməsi, habelə ərzaq məhsullarının (dövlət ehtiyatları üçünalınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydadadövlət büdcəsinin vəsaitləri hesabına satın alınması məqsədləriüçün zəruri olan hədlərdə müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqana (quruma) verə biləcəklər.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan Vergi Məcəlləsinə dəyişiklik edilməsibarədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsində bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinazirlik kənd təsərrüfatı sahəsində subsidiyaların, güzəştlikreditlərin və lizinqlərin verilməsi, kənd təsərrüfatı istehsalvasitələrinin satışı, krediti və lizinqinə tətbiq ediləngüzəştlərin maliyyələşdirilməsi və həmin vəsaitlərdən təyinatı üzrəistifadəyə nəzarət edilməsi, habelə ərzaq məhsullarının (dövlətehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla)mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabınasatın alınması ilə bağlı səlahiyyətləri həyata keçirir.
Qeyd olunan funksiyalar həyata keçirilərkən dövlət büdcəsininvəsaitlərindən səmərəli istifadəyə nail olunması, sui-istifadəhallarının qarşısının alınması məqsədilə adıçəkilən qaydalaramüvafiq olaraq kənd təsərrüfatı məhsullarının istehsalçıları,tədarükçüləri və təchizatçıları tərəfindən Kənd TəsərrüfatıNazirliyinə bir sıra məlumatlar təqdim edilir. Müvafiq məlumatlarınmötəbərliyinin yoxlanılması üçün İqtisadiyyat Nazirliyi yanındaDövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiyaSistemi (AVİS) və Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kəndtəsərrüfatı” informasiya sistemi (EKTİS) arasında məlumatmübadiləsinin qurulmasına zərurət var.
Qeyd edilən məlumatların dairəsinə vergi sirrinə aidolunan məlumatlar da daxil olduğu üçün müvafiq məlumatlarınötürülməsi təklif olunan layihə ilə - Vergi Məcəlləsində dəyişiklikedilməsi yolu ilə mümkündür.
Beləliklə, dəyişikliyə əsasən vergi orqanları və onlarınvəzifəli şəxsləri tərəfindən vergi ödəyicilərinin məlumatlarınınsorğu əsasında qeyd olunan məqsədlər üçün və zəruri olan hədlərdəmüvafiq icra hakimiyyəti orqanına verilməsinin (əldə olunmasının)hüquqi bazası yaradılır. Bununla da aqrar sahədə göstərilən dövlətdəstəyi tədbirlərinin daha ünvanlı, daha şəffaf mühitdə həyatakeçirilməsi, həmçinin müraciət edən şəxslərin əlavə sənəd vəməlumatlar təqdim etməsindən azad edilməsi təmin olunacaq.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşdaqəbul olunub.