Son dövrlərdə həm sosial şəbəkələrdə, həm də fiziki mağazalarda qızıl məmulatlarının kirayə verilməsi ilə bağlı bir çox elanlar diqqət çəkir.
Milli.Az xəbər verir ki, qızıl zinət əşyalarının kirayəsi ilə məşğul olan şəxslər bu fəaliyyətin müəyyən risklər daşıdığını bildirirlər. Buna görə də kirayə verilən məmulatlar müvafiq sənədlərlə təmin edilir.
Kirayə qiymətləri isə qızıl məmulatlarının modelinə və bazar qiymətinə əsasən dəyişir. Kirayə şərtləri, adətən, bir günlə məhdudlaşır. Kirayə götürülən qızılın əvəzində müştəri köhnə bir qızıl əşya girov qoyur.
Kirayə götürməklə bağlı daha çox toy edənlər, qızıl almaq imkanı olmayanlar şəxslər müraciət edirlər.
Məsələ ilə bağlı Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib ki, istehsalçılar ehtiyatlı olmalıdır. Sığortalamaq üçün kirayə müqaviləsi və qəbzi olmalıdır.İstehlakçı həmin məlumatı götürəndə həmin metalı, üzərindəki daşları dəyişdirə bilər. Hal-hazırda ölkədə kifayət qədər emalatxanalar fəaliyyət göstərir və həmin emalatxanalarda bunu eləmək mümkündür.
Aysel Əkbər
Milli.Az