AZ

"Abzas Media" işi ilə bağli jurnalistlər ifadə veriblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Abzas Media"nın əməkdaşlarının cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqovun sədrliyi ilə keçirilən iclasda jurnalistlər ifadə veriblər.
Nərgiz Absalamova və Hafiz Babalı istintaqa verdikləri ifadələri təsdiqləsələr də, Məhəmməd Kekalov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməyib.
Növbəti proses aprelin 8-də davam edəcək.
Qeyd edək ki, "Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli 2023-cü ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.
Daha sonra, noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, noyabrın 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıblar. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs ediliblər.
Təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1, 320.2-ci və 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilib.
Elgün Həsənli
Seçilən
65
6
oxu.az

10Mənbələr