Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqovun sədrliyi ilə keçirilən iclasda jurnalistlər ifadə veriblər.
Nərgiz Absalamova və Hafiz Babalı istintaqa verdikləri ifadələri təsdiqləsələr də, Məhəmməd Kekalov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməyib.
Növbəti proses aprelin 8-də davam edəcək.
Qeyd edək ki, "Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli 2023-cü ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.
Daha sonra, noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, noyabrın 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıblar. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs ediliblər.
10Mənbələr
-
oxu.azPezeşkianın səfəri: Azərbaycan-İran münasibətlərində yeni dönəm ( 16328651)
-
senzor.az"Abzas Media" işi ilə bağli jurnalistlər ifadə verdilər ( 16308433)
-
qafqazinfo.azOnlar Trampı məyus etdilər ( 16308251)
-
oxu.azÇindən Hindistana "Əjdaha və filin tanqosu" çağırışı ( 16307345)
-
turkustan.azPutin və Zelenski Trampı məyus etdilər ( 16307291)
-
axar.azPutin və Zelenski Trampı məyus etdilər ( 16307275)
-
moderator.azZelenski və Putin Trampı məyus ediblər ( 16307093)
-
konkret.az“Abzas Media”nın məhkəməsi keçirildi: Üç jurnalist ifadə verdi ( 16305081)
-
demokrat.az"Abzas Media" işi ilə bağli jurnalistlər ifadə veriblər ( 16304747)
-
poliqon.info"Abzas Media" işi ilə bağli jurnalistlər ifadə veriblər ( 16304531)