AZ

Növbəti iki gündə bəzi rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ » AzadMedia.az


Aprelin 2-3-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Naxçıvan MR, Laçın, Füzuli, Cəbrayıl, Şuşa, Zəngilan, Qubadlı, Gəncə, Samux, Şəmkir, Ağdaş, Tovuz, Ağstafa, Qazax, Neftçala, Salyan, Sabirabad, İmişli, Hacıqabul, Zərdab, Şirvan, Şabran, Siyəzən, Tərtər, Yevlax, Bərdə, Ağdam, Göygöl, Ucar, Kürdəmir, Gədəbəy, Beyləqan, Ağcabədi, Lerik, Yardımlı, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Saatlı, Astara və Qubada qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Kəlbəcər, Daşkəsən, Naftalan, Goranboy, Göyçay, Ağsu, Şamaxı, Qobustan, İsmayıllı, Oğuz, Qəbələ, Şəki, Balakən, Zaqatala, Qax, Mingəçevir, Xaçmaz, Xızı və Qusarda qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.
Seçilən
76
49
azadmedia.az

10Mənbələr